Sabirabadda 1 ay öncə çəkilən avtomobil yolu yararsız vəziyyətə düşüb - FOTO

Sabirabadda 1 ay öncə çəkilən avtomobil yolu yararsız vəziyyətə düşüb - FOTO

Sabirabadın Novruzlu, Qasımbəyli, Yuxarı Axtaçılı və Əsgərbəyli kəndlərinə 1 ay bundan öncə çəkilən avtomobil yolu tamamilə yararsız vəziyyətə düşüb. SİA-nın Aran bürosunun məlumatına görə, ötən ilin may ayında Kür və Araz çaylarında daşqınlar zamanı bu yol da bərbad vəziyyətə düşüb. Bu il yenidən "Azəryol Servis" MMC tərəfindən tikilən, 13 kilometr uzunluğunda olan yol may ayının əvvəlində istifadəyə verilib. Prezident İlham Əliyev Sabirabada səfəri zamanı yolun açılışında iştirak edib. Yol istifadəyə verilməsindən qısa vaxt keçməsinə baxmayaraq, artıq dağılb. Dağılan hissələrə daş- kəsəklər doldurulub. Kənd sakinlərinin sözlərinə görə bir neçə gündir ki, yolda təmir işlərinə başlanılıb. Bundan sonra avtomabil yolunun vəziyyətinin necə olması təmirin keyfiyyətindən aslı olacaq.

İqbal Mikayılov


Bütün xəbərlər Facebook səhifəmizdə