ABŞ-ın elm jurnalının növbəti məqaləsi Azərbaycanın gənc aliminə həsr edilib

ABŞ-ın elm jurnalının növbəti məqaləsi Azərbaycanın gənc aliminə həsr edilib

Dünyanın maddi təbiəti kimyaya əsaslanır. Müasir texnogen cəmiyyətdə kimya sənayesi olmadan həyatı təsəvvür etmək mümkün deyil. Hər kəs bu və ya digər şəkildə kimya ilə bağlıdır. Kimya məişətimizin bir hissəsinə çevrilib. Buna görə də Birləşmiş Millətlər Təşkilatının qərarı ilə 2011-ci il "Beynəlxalq kimya ili" elan edilib.

Hazırda kimya elmi sahəsində qadınlar da aparıcı mövqe tuturlar. SİA-nın xəbərinə görə, kimya elmi ilə məşğul olan qadınlar haqqında mütəmadi olaraq məqalələr dərc edən ABŞ-ın Beynəlxalq Kimyaçılar Cəmiyyətinin Xəbərləri jurnalının növbəti məqaləsi Azərbaycanın gənc alimi, AMEA Mikrobiologiya İnstitutunun əməkdaşı, kimya üzrə fəlsəfə doktoru Səidə Əliyevaya həsr edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə