Miqrasiya xidməti əməkdaşlarının məvacibi artırılacaq

Miqrasiya xidməti əməkdaşlarının məvacibi artırılacaq

Dövlət Miqrasiya Xidməti əməkdaşlarının məvacibi inzibati hüquq pozuntularına görə tutulan cərimələrin ümumi məbləğinin 25%- i həcmində artırılacaq.

SİA-nın xəbərinə görə, Baş nazir Artur Rasizadə "Miqrasiya sahəsində qanunvericiliyin pozulmasına görə miqrasiya orqanları tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən tətbiq edilən cərimələrdən toplanan və Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin hesabına keçirilən vəsaitdən istifadə Qaydası\"na dəyişikliklər edilməsi barədə qərar imzalayıb.

Yeni dəyişikliklərə əsasən, inzibati hüquq pozuntularına görə tutulan və Dövlət Miqrasiya Xidmətinin hesabına keçirilən cərimələrin ümumi məbləğinin 25%- i miqrasiya orqanları əməkdaşlarının sosial vəziyyətinin yaxşılaşdırılmasına və maddi təminatına sərf ediləcək.

Bu vəsait (25%) əməkdaşlar arasında bərabər qaydada, onların məvacibinə əlavə kimi bölüşdürüləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə