İlham Əliyev Belarusun dövlət başçısını milli bayram münasibətilə təbrik edib

İlham Əliyev Belarusun dövlət başçısını milli bayram münasibətilə təbrik edib
Azərbaycan Prezidenti İlham Əliyev Belarusun milli bayramı münasibətilə Prezident Aleksandr Lukaşenkonu təbrik edib. SİA-nın məlumatına görə, təbrik məktubunda deyilir: "Sizi və dost Belarus xalqını milli bayramınız – Respublika Günü münasibətilə təbrik edirəm.


Azərbaycan ilə Belarusu sıx dostluq, əməkdaşlıq və qarşılıqlı dəstək telləri bağlayır. Əminəm ki, dövlətlərimiz arasında bu xoş ənənələrə əsaslanan münasibətlərimiz xalqlarımızın və ölkələrimizin rifahı, regionda sülh və sabitlik naminə bundan sonra da inkişaf edəcək və möhkəmlənəcəkdir".

Bütün xəbərlər Facebook səhifəmizdə