Monako knyazı II Alber və Cənubi Afrikadan olan Şarlen Uittstok knyaz sarayında evləniblər. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, mərasimə 8 mindən çox qonaq qatılıb. Ziyafətdə yaxın cütlüklər və rəsmi şəxslər iştirak ediblər. Monako sakinləri isə nikah mərasimini Knyaz sarayının qarşısında böyük ekranların quraşdırıldığı meydanda izləyiblər.
Rəsmi nikah mərasiminin isə bu gün keçiriləcəyi gözlənilir.
Monako knyazı II Alber (Alber Aleksandr Lui Pyer) 14 mart 1958-ci ildə knyaz III Renye və ameikalı kinoaktrisa Qreys Kellinin ailəsində dünyaya gəlib. II Alber uşaqlıqdan fransız və ingilis dillərində sərbəst danışıb, sonradan alman, ispan və italyan dillərini də öyrənib. O, futbol, üzgüçülük və yüngül atletika ilə maraqlanan böyük idman həvəskarı kimi tanınır. Bundan başqa, II Alber dörd dəfə Olimpiya oyunlarında bobsleyçi kimi çıxış edib.
Knyaz Alber idmançı Şarlet Uittstokla 2000-ci ildə o, Monakoya üzgüçülük yarışlarında iştirak edərkən tanış olub. Beləliklə, knyazın tanışlığından nikahadək 11 il keçib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB