İnsan alverinə qarşı QHT Koalisiyası ABŞ Dövlət Departamentinin yaydığı sənədə münasibət bildirib

İnsan alverinə qarşı QHT Koalisiyası ABŞ Dövlət Departamentinin yaydığı sənədə münasibət bildirib

İnsan alverinə qarşı QHT Koalisiyasının üzvü olan "XXI Əsrin Qadınları" İctimai Birliyinin sədri Mahirə Əmirhüseynova, Azərbaycan Uşaq Birliyinin sədri Kəmalə Ağazadə, "Demokratik Cəmiyyət və Qadın Hüquqlarının Müdafiəsi" İB sədri Mehriban Abdullayeva və digər QHT sədrləri sözügedən mövzu ilə bağlı çıxış ediblər. "XXI Əsrin Qadınları" İctimai Birliyindən SİA-ya verilən xəbərə görə, çıxışlar zamanı bildirilib ki, ABŞ Dövlət Departamentinin insan alveri ilə bağlı növbəti hesabatında Azərbaycanın tənqid olunması ölkənin dövlət qurumlarının və QHT-lərinin gördüyü işlərə qərəzli yanaşmadır. Azərbaycan müstəqil ölkə kimi qısa bir müddətdə olduqca böyük islahatlar aparıb. Əlbəttə, ABŞ və Avropa Birliyinin standartlarına müəyyən sahələr üzrə cavab verməyə bilər. Amma bu, o demək deyil ki, Azərbaycanda iş getmir, yaxud da bunu inkar etmək lazımdır. Sadəcə, əhalinin məlumatlandırılması davamlı olaraq həyata keçirilməlidir. O zaman daha yüksək nəticə, daha yüksək yanaşma əldə etmək olar.


Qeyd edək ki, ABŞ Dövlət Departamentinin dünyada insan alveri ilə bağlı vəziyyətə həsr olunan son hesabatında Azərbaycan insan alveri üçün mənbə və tranzit ölkə kimi göstərilib. Hesabatda qeyd olunur ki, Azərbaycandan kişilər məcburi əməklə məşğul olmaq üçün Rusiya və Moldovaya, qadınlar və uşaqlar isə cinsi istismar məqsədilə Birləşmiş Ərəb Əmirlikləri, Türkiyə, Rusiya və İrana aparılır. Hesabatda ölkəmizdə uşaqların və qadınların əməyinin istismar edildiyi, onların dilənçilik etdikləri də vurğulanır.

İnsan alverinə qarşı QHT Koalisiyası bəyan edir ki, Azərbaycandan mütəşəkkil qaydada heç kim Moldovaya işləmək məqsədi ilə aparılmayıb. Dilənçilik edən uşaq və qadınlara heç bir qruplaşma nəzarət etmir. Valideynlər özləri uşaqlarını bu işə vadar edir. Bu hallar isə roman tayfaları kimi tanınmış qaraçı ailələrində daha çox nəzərə çarpır. Hətta bəzi beynəlxalq təşkilatlar roman qrupunun həyat tərzini, dilənməyi onların hüquq pozuntuları kimi deyil, mədəniyyəti kimi qəbul edir.

Buna baxmayaraq sənəddə Azərbaycan "İnsan alveri qurbanlarının müdafiəsi aktı"nın müddəalarının yerinə yetirilməsi istiqamətində müəyyən addımlar atan ölkələr sırasına daxil edilib. Azərbaycandan doğrudan da digər ölkələrdə əmək fəaliyyəti ilə məşğul olan insanlar var. Amma onlar qeyri-qanuni yox, miqrasiya idarəsində qeydiyyatdan keçməklə çalışırlar.


İnsan alverinə qarşı QHT Koalisiyası üzvlərinin fikrincə, insan alverinə qarşı mübarizə ilə bağlı ölkə qanunvericiliyi beynəlxalq standartlara tam cavab verir.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com
LiveInternet: показано число посетителей за сегодня