2011-ci ildə Azərbaycandan Türkiyəyə 500 min turistin gedəcəyi gözlənilir
2011-ci ildə Azərbaycandan Türkiyəyə 500 min turistin gedəcəyi gözlənilir. SİA-nın məlumatına görə bunu açıqlamasında Türkiyə Turizm Sərmayəçilər Birliyinin sədri Turqut Gür bildirib.
O bildirib ki, əgər keçən il bu rəqəm 436 min olubsa, o zaman gələn il bu göstərici 500 mini keçə bilər: "Baxmayaraq ki, Türkiyənin turizm sahəsində qiymətlər artıb, ancaq bu hal 2012-ci ildə dəyişə bilər. Şimali Afrikanın kurortlarında vəziyyət normallaşarsa o zaman hər şey öz qaydasına düşəcək".
Məlumat üçün bildirək ki, bu gün baş tutan konfransda Azərbaycanla Türkiyə arasında əməkdaşlıq haqqında saziş imzalanıb. Sazişə görə Azərbaycanda xüsusi biznes quranlar Türkiyədə 5-6 ay təlim kursları keçəcəklər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB