Türkiyəli iş adamı: “Azərbaycandakı otellərin bir qismində xidmətin səviyyəsi beynəlxalq standartlara cavab vermir”

Türkiyəli iş adamı: “Azərbaycandakı otellərin bir qismində xidmətin səviyyəsi beynəlxalq standartlara cavab vermir”

Türkiyə Turizm Yatırımçılar Dərnəyi (TYD) Azərbaycanın turizm sektoruna xarici və türk investorlarının cəlb olunmasına kömək edəcək. SİA-nın məlumatına görə, bu barədə TYD-nin sədri Turqut Gür jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, ölkədə turizmin inkişafı üçün xüsusilə Xəzərin sahilində yeni turizm bölgələrinin yaradılmasına ehtiyac var. Təşkilat Azərbaycanda turizmin inkişafına dəstək çərçivəsində yerli otellərdə çalışan əməkdaşlar üçün treninqlər keçirmək, beynəlxalq aləmdə yerli turizm potensialını təbliğ etmək niyyətindədir.

"Eurovision" mahnı müsabiqəsini yüksək səviyyədə keçirmək üçün Azərbaycanın otel sektorunda çatışmazlıqlar hiss olunur deyən T. Gür: "Burdakı otellərin bir qismində xidmətlərin səviyyəsi beynəlxalq standartlara cavab vermir. Bu halı aradan qaldırmaq üçün Azərbaycanın turizm sektorunun əməkdaşlarına Türkiyənin İstanbul, Bodrum, Marmaris və Antalya bölgələrində pulsuz treninqlər keçiriləcək",- deyə əlavə edib.

Azərbaycanın turizm sektorunda tələb olunan işçilərin sayına gəlincə, T.Gürün sözlərinə görə, Türkiyə təcrübəsi hər 100 otel nömrəsi üçün 80 işçinin tələb olunduğunu göstərir: \"Azərbaycanda tələb olunan işçilərin sayını da bu üsulla hesablamaq olar. Amma yay mövsümündə göstərilən xidmətlərin həcmi və çeşidi artdığına görə tələb olunan işçilər də artır\".

T.Gürün sözlərinə görə, turizmin inkişafı ölkədə çoxlu sayda digər sahələrin inkişafına də təsir edir: \"Həmin bölgədə elektrik, su istehlakı, ərazi abadlaşır, ərzaq məhsullarının istehlakı və deməli onlara tələbat artır. Onlarla yanaşı, meyvə-tərəvəz, içkilərə də tələbat artır. Eləcə də burdakı avadanlıqlar mebel və elektronika cihazları da yenilənir. Bütün bu sektorlar canlanır\".

Bütün xəbərlər Facebook səhifəmizdə