Azərbaycan Türkiyə əməkdaşlığı ilə bağlı konfrans keçirilib

Azərbaycan Türkiyə əməkdaşlığı ilə bağlı konfrans keçirilib
Bu gün Azərbaycan Türkiyə əməkdaşlığı ilə bağlı konfrans keçirilib. SİA-nın məlumatına görə, konfransda Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşları, Azərbaycan turizm sənayesi sahəsində çalışan qurum rəhbərləri və Türkiyənin iş adamları iştirak ediblər.


Konfransda ilk olaraq çıxış edən Türkiyə Turizm Sərmayəçilər Birliyinin sədri Turqut Gür bildirib ki, Azərbaycanla olan əməkdaşlığımız uzun müddətdir ki mövcuddur, sadəcə olaraq bu əlaqələri daha da genişləndirmək niyyətindəyik: \"Azərbaycanad ilk dəfə 20 il bundan əvvəl olmuşam. Baxmayaraq ki, bu səfərdən sonra 3-4 dəfə yenə burada olmuşam. Ancaq o zamankı Bakı ilə indikini müqayisə etmək mümkünsüzdür. Çünki Bakı indi tam müasir şəkildə inkişaf edir\".


Daha sonra Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsinin müdiri Aydın İsmiyev vurğulayıb ki, 30 ildən çoxdur ki, Türkiyədə turizm sahəsi inkişaf edir: \"Azərbaycanda bu sahə hələ gəncdir. Bizim ölkədə turizm 6-7 il olar ki, inkişaf edir. Azərbaycan Türkiyə turizmindən yararlanmalıdır\".


Konfransın davamında turizmin inkişafı sahəsində baş verə biləcək işlərdən söz açılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com