Son iki əsrin müxtəlif dövrlərində dəfələrlə təmir olunan Şeyx Nizami Gəncəvinin məqbərəsinin yenidən restavrasiyasına başlanılıb. SİA-nın bölgə müxbiri xəbər verir ki, artıq ilkin işlər həyata keçirilməkdədir. Aparılan tikinti şirkətinin sahə rəisi Fikrət Hüseynov SİA-ya bildirib ki, təkcə müstəqillik dönəmindən sonra abidə kompleksinin özündə və ətrafında cari təmir işlər aparılıb.
Ancaq indi məqbərənin yenidən əsaslı şəkildə restavrasiyası nəzərdə tutulur.
Hazırlanan layihəyə görə məqbərənin üzü qranitdən olacaq. Artıq məsələyə Azərbaycan Milli Elmlər Akademiyasının mütəxəssisləri tərəfindən də müsbət rəy verilib. Məqbərə ilə yanaşı, abidə kompleksinin ətrafında da yenidənqurma işləri həyata keçirilir. Kompleksin yerləşdiyi birinci körpüdə işlər demək olar ki, yekunlaşmaq üzrədir.
İlham Məmmədov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB