“Vətəni tanı” Ümumrespublika Kampaniyasının növbəti seçim turu Ucarda keçirilib - FOTOSESSİYA
"Vətəni tanı" Ümumrespublika Kampaniyasının seçim turları bu dəfə Ucarda keçirilib. Ucar şəhəri 1 saylı orta məktəbdə baş tutan seçim turunun açılış mərasimində Gənclər Təşkilatları Milli Şurasının mətbuat katibi Orxan Əli, rayon təhsil şöbəsinin və Milli Şuranın katibliyinin üzvləri iştirak ediblər.
Açılış mərasimində çıxış edənlər layihənin əhəmiyyətindən danışaraq bildiriblər ki, ölkəmizin tanıdılması, ərazi bütövlüyü məsələsi, gənclərimizdə vətənpərvərlik ruhunun aşılanması istiqamətində "Vətəni tanı" çox önəmli layihədir. O da qeyd edilib ki, bütün regionları əhatə edəcək layihə həmçinin gənclərin coğrafi biliklərin artırılmasında mühüm rola malikdir.
Ucarlı gənclərin yüksək aktivliyi ilə keçən layihədə 2 nəfər respublika tutuna vəsiqə qazanıb.
Xatırladaq ki, Kampaniyaya rəsmi olaraq Gənclər və İdman, Təhsil, Rabitə və İnformasiya Texnologiyaları nazirlikləri, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi dəstək verir. Həmçinin "AVA" Skandinaviya klinikası, FİXED Borders kampaniyaya dəstək verir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB