29 iyun 2011-ci ildə "Nar Mobile"-ın Baş sponsorluqu ilə Bakı Dövlət Universitetində Məzun Günü keçirilib. SİA-nın xəbərinə görə, universitetin əsas binasının qarşısında baş tutan tədbirdə minlərlə tələbələr iştirak edib. Məzun Gününü açıq elan edən BDU-nun rektoru, akademik Abel Məhərrəmov məzun adını qazanmış 4500-dək tələbələri təbrik etmiş, BDU-nun ölkənin inkişafına verdiyi töhvələrdən danışıb.
Tədbir zamanı Nar Mobile adından məzunları təbrik edən şirkətin Korporativ Əlaqələr şöbəsinin rəhbəri Elşad Fərzəliyev Nar Mobile-in Azərbaycanın ən qabaqcıl və sərfəli mobil operatoru olduğu üçün tələbələr arasında ən populyar operator olduğunu vurğulayıb. "Azərbaycanda ilk dəfə 3G tesnologiyasını tətbiq edən Nar Mobile hər zaman özünün etibarlı şəbəkə xidməti, innovativ məhsulları və sərfəli qiymətləri ilə tanınmış və Xalqın Seçimi adına layiq görülüb. Xüsusən də gənclər arasında populyar olan Nar Mobile təhsilin inkişafını korporativ sosial məsuliyyət siyasətinin prioritet istiqamətlərindən biri kimi elan edib. Bu günədək bir çox təhsil layihələrində iştirak edən şirkətimiz Azərbaycanda təhsilin inkişafında informasiya və kommunikasiya texnologiyalırının tətbiqini dəstkləyir" – deyən Elşad Fərzəliyev BDU-nu fərqlənmə ilə bitirən bir sıra tələbələrə diplomlar təqdim edib.
Tədbir zamanı Azərbaycan estradasının ən məşhur müğənniləri ilə birgə "Eurovision-2011" beynəlxalq musiqi müsabiqəsinin qalibləri Eldar Qasımov və Nigar Camalın çıxışı tədbir iştirakçılarını çox sevindirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB