Gəncə şəhərində qanunsuz və standartın tələblərinə cavab verməyən gəc istehsalı ilə məşğul olan müəssisələrdə ciddi yoxlamalara başlanılıb. SİA-nın bölgə müxbirinin xəbərinə görə, bu məqsədlə Standartlaşdırma Metrologiya və Patent üzrə Dövlət Komitəsinin 2 saylı Dövlət Nəzarəti İdarəsinin rəsmiləri şəhərdə fəaliyyət göstərən gəc müəssisələrində reydlər keçirib.
Aparılan monitorinqlər göstərib ki, bəzi işbazlar heç bir normativ tələblərə, dövlət standartının şərtlərinə əməl etmirlər. Bu sahədən gəlir götürən müəyyən şəxslər xammalı nəzərdə tutulan bunkerlərdə yox, kustar üsulla hazırlanan yerlərdə, avtomobil çənlərində bişirir. Bu isə yolverilməz haldır. Yoxlamalar acı həqiqətləri üzə çıxarıb. Bundan əlavə başqa istehsal müəssisələrinin əmtəə nişanlarından istifadə halları da reyd zamanı ortaya çıxıb. Qanundan kənar, insan həyatı üçün real təhlükə mənbəyi hesab olunan müəssisələrə Fövqəladə Hallar Nazirliyindən və Ekologiya və Təbii Sərvətlər Nazirliyindən lisenziya verilməyib.
Qanunsuz işləyən müəssisələr bağlanıb. Sahibkarlar isə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə uyğun olaraq 1500 və 2 000 manatadək cərimə olunub.
İlham Məmmədov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB