Böyük Britaniyanın Azərbaycandakı səfiri Lənkəranda səfərdədir

Böyük Britaniyanın Azərbaycandakı səfiri Lənkəranda səfərdədir

Bu gün Böyük Britaniyanın Azərbaycandakı səfiri Kerolayn Braunun Lənkərana səfəri başlayıb. Səfrilikdən SİA-ya verilən məlumata görə, səfər tanışlıq xarakteri daşıyır. Britaniya səfiri Lənkaran İcra Hakimiyyətində danışıqlar aparacaq, habelə, yerli siyasi partiya, QHT nümayəndələri, gənclər və mətbuat təmsilçiləri ilə bir sıra görüşlər keçirəcək.

Sabah isə səfir yerli olimpiya mərkəzində 2012-ci il London olimpiadası ilə əlaqədar təşkil olunacaq tədbirə qatılacaq. Böyük Britaniya səfirinin Lənkəran səfəri iki gün davam edəcək və diplomatik missiyasını başa vurması ilə əlaqədar Azərbaycan bölgələrinə son ziyarəti olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə