Bu gün Bakıda yaşayan güney Azərbaycan siyasi mühacirləri mətbuat konfransı keçirib

Bu gün Bakıda yaşayan güney Azərbaycan siyasi mühacirləri mətbuat konfransı keçirib

Bu gün Bakıda yaşayan güney Azərbaycan siyasi mühacirləri mətbuat konfransı keçirib. SİA-nın xəbərinə görə, konfransda Dünya Azərbaycanlıları Konqresinin (DAK) daimi şurasının sədri Əjdər Tağızadə, DAK təmsilçisi Yadulla Cəvani, güneyli mühacir Babək Muğanlı və media nümayəndələri iştirak ediblər.


Tədbiri giriş sözü ilə açan güneyli mühacir Babək Muğanlı tədbir haqqında danışıb. Onun sözlərinə görə, bu yaxınlarda dünya Azərbaycanlılarının üçüncü qurultayı Azərbaycanın paytaxtı Bakı şəhərində keçiriləcək və qurultayda müxtəlif məsələlərə toxunulacaq.


"Bakıda yaşayan güney Azərbaycan siyasi mühacirinin bu qurultayda gözlədikləri gündəmə gəlməlidir. İran adlanan ölkədə insan haqlarının kobud şəkildə pozulması, o cümlədən 35 milyon Azərbaycan xalqına öz milli mədəni haqlarının verilməsini istərdik. İrandakı milli fəalların səslərini dünyaya çatdırmaq, daxildə yaşayan milli fəallarla xaricdə yaşayanların əlaqələrini daha da möhkəmləndirmək hədəfimizdir",- deyə Babək Muğanlı bildirib.


Tədbirdə çıxış edən DAK daimi şurasının sədri Əjdər Tağızadə öz fikirlərini dilə gətirib. Onun söylədiyinə görə, güney Azərbaycanda insanlar zidanlara salınır, sürgünlərə göndərilir və ev dustağı olurlar. "Biz güneyli siyasi mühacirlər bütün təşkilatlara yenidən müraciət edirik və xalqımızı molla rejimi əsarəti altından qurtarmağa səsləyirik. Bu bizim insanlıq və vətəndaşlıq borcumuzdur", - deyə sədr əlavə edib.


Qeyd edək ki, tədbirdə jurnalistlərin suallarına cavab verilib.


Bütün xəbərlər Facebook səhifəmizdə