Azərbaycanda 3G mobil internet Böyük Britaniya ilə müqayisədə daha sürətlidir
Azərbaycanda 3G texnologiyası ilə genişzolaqlı mobil internet Böyük Britaniya ilə müqayisədə orta hesabla daha sürətlidir. Bu haqda Simsiz Texnologiyalar Assosiasiyasının apardıgı monitorinqin yekunlarından bəlli olub. Monitorinq datakartlar vasitəsilə aparılıb.
Böyük Britaniyaının Ofcom təşkilatı tətəfindən aparılmış tədqiqata görə, həmin ölkədə genişzolaqlı internetin orta sürəti 1,5 mbit/s, ən yaxşı əhatə dairəsində isə 2,1 mbit/s olub. Araşdırma Böyük Britaniyada 3G texnologiyası əsasında xidmət göstərən 3, Orange, O2, Vodafone və T-Mobile mobil operatorlarını əhatə edib.
Simsiz Texnologiyalar Assosiasiyasının Azərbaycanda apardığı monitorinqin nəticələri göstərir ki, ölkəmizdə mobil genişzolaqlı internetin orta sürəti 1,7 mbit/s təşkil edir. Bu isə Böyük Britaniyada olan sürətdən 0,2 mbit/s çoxdur. Monitorinq Azerfon-Vodafone və Nar Mobile 3G texnologiyası bazasında genişzolaqlı internet xidmətilərini əhatə edib. Hazırda Azərbaycanda yalnız Azerfon-Vodafone və Nar Mobile 3G texnologiyasından istifadə edir.
Monitorinq nəticəsində məlum olub ki, Azərbaycanda ən aşağı sürət 0,5 mbit/s, ən yüksək sürət isə - 3,4 mbit/s-dir. Ən yüksək sürət Bakı şəhərinin mərkəzində müşahidə olunub. M.Əzizbəyov heykəli, "Elmlər Akademiyası", "Gənclik", "İçəri şəhər" metro stansiyaları, habelə Milli Məclisin binasının ətrafında orta sürət 3,0 mbit/s-dir. Yeni Yasamal yaşayış massivində, "Nərimanov", "Xətai" metro stansiyaları ətrafında isə - 2 mbit/s, Abşeron yarımadasında, əlxüsus Mərdəkan, Novxanı, Buzovna, Bilgəh, Şüvəlan, Zirə qəsəbələrində və dənizkənarı digər zonalarda genişzolaqlı internet baglantısının sürəti 1,5-2,5 mbit/s olub.
Simsiz Texnologiyalar assosiasiyasının sədri Əli Əliyevin sözlərinə görə, Azərbaycanda 3G texnologiya vasitəsilə genişzolaqlı mobil internetin Böyük Britaniya ilə müqayisədə orta hesabla daha sürətli olması çox sevindiric haldır. "Önəmli odur ki, Azərbaycanda 3G texnologiyası 2 ildən də az bir müddətdə tətbiq olunur, amma otra sürətə görə 2007-ci ildən 3G texnologiyasının tətbiqinə başlamış Böyük Britaniyanı ötür", - deyə Ə.Əliyev bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB