“Azərbaycan İnternet beynəlxalq kütləvi tədbirlərə hazırdımı?” adlı konfrans keçirilib
Bu gün "Azərbaycan İnternet beynəlxalq kütləvi tədbirlərə hazırdımı?" adlı konfrans keçirilib. SİA-nın xəbərinə görə, konfransda Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz, ekspert Rüstəm Əliyev və media nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz tədbir haqqında danışıb. Onun sözlərinə görə, milli xəbər resuslarının, Azərbaycanla bağlı informasiya mənbələrinin və Azərbaycan İnternetinin texniki-texnoloji vəziyyətləri önəm kəsb edir. "Şəhər adlarından ibarət domen adları yoxdur. İnternetin vəziyyəti pis olaraq qalmaqdadır", - deyə Osman Gündüz diqqətə çatdırıb.
Tədbirdə söz alan ekspert Rüstəm Əliyev texniki problemlərdən söhbət açıb. R.Əliyevin söylədiyinə görə, müxtəlif dillərdə olan milli internet resuslarının kontent problemi, Bakı şəhərinin saytının təkmil olmaması, Turizm və informasiya yönümlü resusların yetərli olmaması və bu kimi problemlərdən söhbət açıb. Ekspert onu da diqqətə çatdırıb ki, Azərbaycan və Bakı ilə bağlı qlobal və milli resuslarda, dövlət qurumlarının rəsmi sayıtlarında informasiya ehtiyyatları yetərli deyil.
Qeyd edək ki, tədbir müzakirələr ətrafında davam edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB