“Müharibədən zərər çəkmiş və az təminatlı ailələrin sosial hüquqları\" kitabının təqdimatı keçirilib- FOTO
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının malıyyə dəstəyi ilə Şəhid Ailələrinə Yardım və Hüquqlarının Müdafiəsi İctimai Birliyi 01 aprel 2011-ci il tarixdən 31oktyabr 2011-ci il tarıxə kimi "Müharibədən zərər çəkmiş və aztəminatlı ailələrin sosial problemlərinin həllinə kömək" la¬yihə¬sini həyata keçirir.
Həyata keçirilən layihənin əsas məqsədi "Müharibədən zərər çəkmiş və aztəminatlı ailələrə edilən güzəştlər" haqqında Azərbaycan Respublikası qanunlarının yerlərdə müvafiq icra orqanları tərəfindən həyata keçirilməsinə nəzarət etmək və dövlət və özəl ali məktəblərində təhsil alan aztəminatlı şəhid, əlil, qaçqın və valideyin himayəsindən məhrum olmuş yeniyetmələrin təhsil və digər sosial problemlərinin həllinə kömək edərək onlara diqqət və qayğını artırmaqdır.
La¬yihə çərçivəsində aztəminatlı ailələrin övlad¬larının yerli icra orqanlarında, ali təhsil ocaqlarında rastlaşdığı probleməri ara¬dan qaldirmaq məqsədi ilə dövlət və özəl ali məktəblərinin rəhbərliyi ilə yaxindan əməkdaşlıq edərək on¬ların sosial problemlərinin həllinə çalışılır.
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilat¬larına Dövlət Dəstəyi Şura¬sının maliyyə dəstəyi ilə "Müharibədən zərər çəkmiş və aztəminatlı ailələrin sosial problemlərinin həllinə kömək" layi¬hə¬sinin icrası və mühari¬bədən zərər çəkmiş və aztəminatlı ailələrin sosial problemlərinin həllinə kömək etmək, onları öz imtiyazları barədə marifləndirmək məqsədi ilə bu gün Səs İnformasiya Agentliyinin konfrans zalında mətbuat konfransı keçirilib. "Müharibədən zərər çəkmiş və az təminantlı ailələrin sosial hüquqları" kitabının təqdimatı ilə başlayan tədbiri layihənənin rəhbəri, Şəhid Ailələrinə Yardım və Hüquqlarının Müdafiəsi İctimai Birliyinin sədri Rövşən Ağamalıyev açıb. Birliyin sədri qeyd edib ki, təşkilata daxil olmuş müraciətlərə əsasən aparıan araşdrmalara əsasən bəzi dövlət və özəl ali məktəblərdə təhsil alan aztəminatlı şəhid, əlil, qaçqın və valideyin himayəsindən məhrum olunmuş yeniyetmələrin müəyyən problemlərlə üzləşdikləri məlum olub. Belə ki, həmin tələbələr təhsil haqqını ödəməkdə çətinliklə üzləşirlər. Bəzən onlar təhsil haqqını ödəyə bilmədikləri üçün oxuduqları məktəbdən xaric edilirlər. "Bundan əlavə isə ürək ağrısı ilə qeyd etmək istəyirəm ki, məlum səbəblərə görə, Azərbaycan Beynəlxalq Unverstetin bağlandıqdan sonra 100-ə yaxın şəhid, əlil, qaçqın və valideyin himayəsindən məhrum olunmuş tələbələr təhsildən kənar qalaraq hələ də heç bir məktəbə yerləşdirilməyiblər. Bu ailələr bilmirlər ki, onların gələcək aqibətləri necə olacaq. Bu, çox ciddi problemlərdir. Ümid edirik ki, həyata keçirilən layihə və layihə çərçivəsində dərc etdiyimiz "Müharibədən zərər çəkmiş və az təminantlı ailələrin sosial hüquqları" kitabı aztəminatlı ailələrə və onların ailə üzvlərinə yardımçı olacaq.
Dövlət və özəl Ali məktəblərində təhsil alan aztəminatlı, şəhid, əlil və valideyin himayəsindən məhrum olunmuş yeniyetmələr, üzləşdiyiniz təhsil və sosial problemlərlə əlaqədar olaraq bizə müraciət edin!", deyə R.Ağamalıyev bildirib.
Daha sonra çıxış edən Beynəlmiləl Döyüşçülər fondunun rəhbəri Səraf Oruc qeyd edib ki, Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə \"Müharibədən zərər çəkən və aztəminatlı ailələrin sosial problemlərinin həllinə kömək\" layihəsinin icrası və Müharibədən zərər çəkən və aztəminatlı ailələrin sosial problemlərinin həllinə kömək etmək və onları öz imtiyazları haqqında maarifləndirmək məqsədi ilə həyata keçirilir".
Əlil Təşkilatı İttifaqının sədri Davud Rəhimli vurğulayıb ki, dövlət və özəl ali məktəblərində təhsil alan aztəminatlı şəhid, əlil və valideyn himayəsindən məhrum olunan yeniyetmələr təhsil haqqını ödəməkdə çətinliklə üzləşirlər: "Bəzən onlar təhsil haqqını ödəyə bilmədiyi üçün onlar oxuduqları məktəblərdən xaric edilirlər. Məlum səbəblərə görə, Azərbaycan Beynəlxalq Universiteti bağlandıqdan sonra 100 yaxın şəhid, əlil, qaçqın və valideyn himayəsindən məhrum olunan yeniyetmə tələbələr təhsildən kənar qalaraq hələdə heç bir məktəbə yerləşdirilməyib. Bu ailələr bilmirlər ki, onların gələcək aqibətləri necə olacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB