“Azəriqaz”da növbəti “Açıq mətbuat saatı” keçiriləcək

“Azəriqaz”da növbəti “Açıq mətbuat saatı” keçiriləcək
İyulun 1-də saat 12:00-dan 13:00-dək "Azəriqaz" İstehsalat Birliyində növbəti "Açıq mətbuat saatı" keçiriləcək. SİA-nın qurumun rəsmi internet səhifəsinə istinadən verdiyi xəbərə görə, "Açıq mətbuat saatı"nda Qaz təsərrüfatının istismarı şöbəsinin rəis müavini Xəyyam Aydınov qaz təsərrüfatının istismarı zamanı qarşıya çıxan problemlər və onların aradan qaldırılması məsələləri ilə bağlı sualları cavablandıracaqdır. Göstərilən müddətdə kütləvi informasiya vasitələri nümayəndələri (+994012) 490-54-33 və (+994012) 490-54-24 nömrəli ilə əlaqə saxlayaraq mövzu ilə bağlı suallarına cavab ala bilərlər.

Bütün xəbərlər Facebook səhifəmizdə