“Gənc nəsil – sərhədsiz həyat”

“Gənc nəsil – sərhədsiz həyat”

Rusiya Federasiyasının Moskva şəhərində Müstəqil Dövlətlər Birliyinin yaranmasının 20 illiyinə həsr olunmuş Dövlətlərarası Sərgi və sərgi işçi proqramı çərçivəsində "Gənc nəsil – sərhədsiz həyat" Gənclər Forumuna start verilib. SİA-nın xəbərinə görə, bu günlər ərzində Moskva şəhərində eyni zamanda Gənclərin XI Ümumrusiya Elmi-texniki Yaradıcılıq Sərgisi və Konfransı da keçirilməkdədir.

28 iyun 2011-ci il tarixdən Ümumrusiya Sərgi Mərkəzində start götürən sərgi 03 iyul 2011-ci il tarixədək davam edəcəkdir. Sərgidə təşkil edilmiş Azərbaycan Respublikasının Milli Pavilyonunda Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi də öz növbəsindəgənclər və idman sahəsinə dair məlumat-foto stendi, video çarxları, çap və digər sərgi materialları ilə təmsil olunur.

Gənclər tədbirlərində isəAzərbaycan Respublikası Gənclər təşkilatlarının rəhbər və nümayəndələri məruzələrlə cıxış edirlər.

MDB-nin 20 illik yubileyinə həsr edilmiş tədbirlər çərçivəsində Azərbaycan nümayəndə heyətinin tərkibi Gənclər və İdman Nazirliyi tərəfindən 9 nəfərdən ibarət nümayəndə heyəti ilə təmsil olunur.

Qeyd edək ki, nümayəndə heyətinə nazirliyin rəsmisi Elmir Mehdiyev rəhbərlik edir.

Bütün xəbərlər Facebook səhifəmizdə