Bu gün hava necə olacaq?

Milli Hidrometereologiya Departamentinin Hidrometereolji Proqnozlar bürosundan SİA-ya verilən məlumata görə, bu gün Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, yağmursuz keçəcək.

Bakıda gecə 20-22, gündüz 33-35° isti olacaq. Atmosfer təzyiqi norma daxilində 760 millimetr civə sütununa bərabər, nisbi rütubət gecə 60-65 faiz, gündüz 40-50 faiz olacaq. Abşeron çimərliklərində isə, dəniz suyunun temperaturu 23-24° isti təşkil edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə