İsmayıl Ağayev: “Bugünkü günün tələblərinə baxsaq diaspor təşkilatlarımızın fəaliyyəti ürəkaçan vəziyyətdə deyil”

İsmayıl Ağayev: “Bugünkü günün tələblərinə baxsaq diaspor təşkilatlarımızın fəaliyyəti ürəkaçan vəziyyətdə deyil”

Beynəlxalq Diaspor Mərkəzinin sədri İsmayıl Ağayevin Səs TV-yə müsahibəsi

- İsmayıl müəllim Dünya Azərbaycanlılarının keçirilməsi nəzərdə tutulan III qurultayında əsasən hansı məsələlərin müzakirəsi və qərarların qəbulu gözlənilir ?

- Dünya Azərbaycanlılarının Qurultayının keçirilməsi çox mühüm hadisədir.

Sovetlər birliyində olarkən bu günün olmasını səbirsizliklə gözləyirdik ki, bizim də diasporumuz olsun, bütün dünyada yaşayan 50 milyondan çox azərbaycanlını öz ətrafında birləşdirməyə nail olan diaspor təşkilatları yaradılsın. Şükür ki, bunu görmək bizə nəsib oldu.

Ulu öndər Heydər Əliyevin diasporun yaradılmasın, inkişaf etdirilməsində misilsiz

xidmətləri olub. Ölkə prezidenti İlham Əliyev bu işi daha da sürətli inkişaf etdirərək türk və Azərbaycan diasporlarını birgə mübarizəsi yolunu seçib. 5 il bundan öncə dünyada yaşayan diaspor təşkilatlarımız növbəti 5 il üçün proqram hazırlayıblar. Bu proqramda növbəti 5 ildə atılacaq addımları müəyyənləşdiriblər.

Dünya Azərbaycanlıların keçiriləcək III qurultayında ötən 5 ildə qəbul olunmuş qərarların icra mexanizmi, bu qərarların hansı vəziyyətdə olması ilə bağlı məsələlər müzakirə olunacaq. Təbii ki, biz diaspor mərkəzi olaraq bu qurumdan gözlədiyimiz çox önəmli məsələlər var. Hansı ki, biz onları gözləyirik və bizim əlimizdə diaspor komitəsinin xaricdə yaşayan Azərbaycan diasporunun iş mexanizmi və hesabatı var. Biz də əlimizdən gələni əsirgəməyəcəyik.

- Bəzən iddia olunur ki, xarici ölkələrdə diaspor quruculuğu, onlar arasında əlaqələr ürəkaçan səviyyədə deyil. Doğrudanmı belə bir problem var?

- Bugünkü günün tələblərinə baxsaq diaspora təşkilatlarımızın fəaliyyəti ürəkaçan vəziyyətdə deyil. Bunun bir çox səbəbləri vardır. 1915-1918-ci illərdə Azərbaycan müstəqilliyini elan edib və bir neçə ildən sonra müstəqilliyi əlindən alınıb. Cənubi Azərbaycanda yaşayan soydaşlarımız İran rejiminin təzyiqlərinə dözməyərək Avropaya köç edib. Ancaq Azərbaycan xalqının ayaqda qalması üçün hamı əlindən gələni etməlidir. İlham Əliyev cənabları uzaqgörənlik edərək xaricdə yaşayan azərbaycanlıları diaspor komitəsinə sərəncam imzalayıb. Nəzərə alsaq ki, Azərbaycanla xarici ölkə arasındakı əlaqələrini zəif olması II qurultayda 5 il üçün işlərin aparılmasına zərurət yaradıb.

Araşdırmalar nəticəsində məlum olur ki, ötən 5 ildə qarşıya qoyulan məqsəd həyata keçməyib. Diasporlar Azərbaycandan kənarda təmsil olunduqları ölkələrin parlamentlərdə demək olar ki, yox səviyyəsindədir. Başqa millətlərlə biz bunu müqayisə etsək acınacaqlı bir duruma düşürük. Azərbaycan diasporlarının xaricdə fəaliyyət göstərməsi belə deyək ki, internetlə birbaşa əlaqədardır. Ancaq internet saytları işləmir. Həmin saytları araşdırarkən məlum ki, neçə il bundan öncə material, xəbər yerləşdirilib. Mərkəzləşmiş formada iş prinsipi həyata keçməlidir. Bu məsələ bizi çox narahat edir. Düşünürük ki, növbəti 5 ildə qarşıya qoyulası bu məsələlərdə iradlar ortadan götürülməlidir.

Avropada fəaliyyət göstərən diasporlarının heç birinin həmin ölkənin dilində elektron poçtları və saytları yoxdur.

- Beynəlxalq Diaspor Mərkəzi olaraq xarici ölkələrdə təşkilatlarınız var. Diaspor quruculuğu işini daimi araşdırırsınız. Bu qüsurların aradan qaldırması ilə bağlı Diasporla İş üzrə Dövlət Komitəsi ilə əməkdaşlıq edirsinizmi? Bu problemlər aradan qaldırılması üçün sizin mərkəz hansı işləri görür?

- Bu fikirləri söyləməklə ümumiyyətlə Azərbaycan diasporunun apardığı işlərə qətiyyən kölgə salmaq fikrimiz yoxdur. Azərbaycandan kənarda fəaliyyət göstərən Leyla Əliyevanın rəhbərlik etdiyi "Amor" təşkilatı son illərdə Rusiyada azərbaycanlıların vahid mərkəzdə birləşdirilməsinə nail olub. Leyla xanımın rəhbərliyi altında "Xocalıya ədalət" kampaniyası demək olar ki, bütün dünyanı bürüyüb. Biz də bir təşkilat olaraq millət vəkilləri ilə bərabər ona dəstək olaraq Polşada, Çexiyada bir sıra silsilə tədbirlər həyata keçirmişik. Bizim də bu gün ciddi təşkilatlarımız var. Ancaq bununla iş bitmir, bu çox azdır. Azərbaycanın Qarabağ, Zəngəzur kimi dərdi vardır. Mərkəz olaraq Azərbaycanın xeyri üçün bir sıra tədbirlər və işlər görürük.

Bütün xəbərlər Facebook səhifəmizdə