Araz Mahmudov: \"Təəssüf ki, bizim agentliklər xarici reklam şirkətləri ilə mübarizədə uduzurlar\"-MÜSAHİBƏ

Araz Mahmudov: \"Təəssüf ki, bizim agentliklər xarici reklam şirkətləri ilə mübarizədə uduzurlar\"-MÜSAHİBƏ

Reklam ittifaqının üzvü Araz Mahmudovun SəsTv-yə müsahibəsi:


- Reklam haqqında qanunun təkmilləşdirilməsi ilə bağlı bir sıra tələblər var. Azərbaycanda reklam sahəsində nələrin təkmilləşdirilməsinə ehtiyac var?


- Ümumiyyətlə, reklamın bütün sahələrinin təkmilləşdirilməsinə ehtiyac var. Hazırda televiziyada tütün məmulatlarının reklamı və spirtli içkilərin reklamları qadağandır. Spirtli içkilərin reklamına saat 11-dən sonra icazə verilir. Bəzi reklamlar var ki, bizim milli mentalitetə uyğun olaraq düzgün vaxtda verilmir. Küçə reklamlarına gəldikdə isə onların yerinin düzgün seçilməsi vacibdir. Elə reklamlar var ki, onların yeri məktəblərdən, uşaq bağçalarında uzaqda olmalıdır. Ümumiyyətlə, reklamın seçilmə mühiti, rəng seçimi-bunlar hamısı təkmilləşdirilməlidir. Şəhərimizdə yeni tikililmiş dükan sahələrində, ticarət mərkəzlərində reklamların hansı stildə olmaları əvvəlcədə seçilməlidir. Şəhərin gözəlliyinin, memarlıq üslubunun saxlanılması baxımından bunlar lazım olan amillərdir. Reklam qanununun təkmilləşdirilməsi işini Milli Məclisə buraxaq. Ümid edirik ki, bu yaxınlarda təkmilləşmiş bir qanun qəbul olunacaq. Bizim reklam bazarına həm qərbin, həm də şərqin təsiri var. Bu təsirin nəticəsi də bəzi dəyişikliklərə gətirib çıxarır.


- Baxımsız yerlərdə zövqsüz reklamların yerləşdirilməsini insan şüuruna və düşüncəsinə mənfi elementlərin təsiri kimi qiymətləndirmək olaramı?


- Bunu müxtəlif cür qiymətləndirmək olar. Baxır kim necə qəbul edir. Biz reklamçılar qərbdən gələn reklamları tez-tez müşahidə edirik, onlarla ayaqlaşmağa çalışırıq. Mentalitetə uyğun olamayan, qərbə yaxın olan insanlar bəzi reklam elementlərini düzgün hesab etməyə bilərlər. Bu elə deyil. Hansısa bir modelin reklam belborunda şəkili artıq qərbdən gələn bir konsepsiyadır. Bu konsepsiya hər bir ölkədə qurulur.


- Azərbaycanda olan reklam səviyyəsi ilə qərbdə izlədiyiniz reklam səviyyəsi arasında hansı müqayisələr ortaya çıxır?


- Fərqlər çox böyükdür. Azərbaycanda bir neçə reklam agentlikləri fəaliyyət göstərir ki, onlarda xarici reklam agentliklərinə istinad edirlər. Həmçinin onların burda filialları da fəaliyyət göstərir. Onlar öz təcrübəsini burada həyata keçirir, təəssüf ki, bizim agentliklər onlarla mübarizədə uduzur. Bu da bizim işçilərin təcrübəsizliyindən irəli gəlir.


- Ümumiyyətlə, Azərbaycan reallığında özəl və dövlət şirkətlərinin reklam olunmağa marağı çox zəifdir. Bu reklam şirkətlərinə olan inamsızlıqdan irəli gələ bilərmi?


- Etibarsızlıq deməzdim. Bir çox dövlət sturkturları var ki, bizim reklam şirkətləri ilə fəaliyyət göstərirlər. Bəzi konseptual işlər olanda məsələn korporativ üslub, brend üslubu və s. bu hansısa bir şirkətin dizayn baxımından nizamnaməsidir. Belə dizayn işlərini şirkətlər daha çox Rusiya, Almaniya, Ukrayna, Türkiyə kimi ölkələrlə işləməyə üstünlük verirlər. Bizdə də bu sahədə müəyyən işlər görülür. Bizim məqsədimiz burda olan dizaynerlərin mütəxəssis yanında təcrübəsi keçməsi, professional kursların təşkil edilməsi və bu kimi işlərdir. İnanıram ki, yaxın gələcəkdə Azərbaycanda olan reklam sahəmiz daha da inkişaf edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə