Ötən gecə 01:30 radələrində Şirvan şəhərində avtoqəza baş verib. SİA-nın Aran bürosuna hadisənin baş verməsi barədə məlumat verən Şirvan şəhər Polis Şöbəsinin DYP bölməsinin inispektoru Murad Süleymanov qeyd edib ki, şəhərin M.Rəsulzadə prospektində sürücü Hüseynov Telman Eldar oğlu VAZ 2107 markalı 90 XV 407 dövlət qeydiyyat nişanlı maşınla sürətlə hərəkət etdiyindən idarə etməni itirərək yoldan çıxıb.
Nəticədə avtomobil yol kənarında olan bardurun üzərindən parka keçərək hasarı dağıdıb. Avtomobilə ciddi ziyan dəysədə hadisə zamanı sürücü xəsarət almayıb. Faktla bağlı araşdırma başlanılıb.
İqbal Mikayılov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB