Ağstafa rayonunda yerləşən qədim yaşayış məskənlərində arxeoloji qazıntılara başlanılıb. Bu barədə SİA-nın bölgə müxbirinə Gəncə Regional Elmi Mərkəz tərəfindən məlumat verilib.
Məlumatda bildirilir ki, tədqiqatlar əsasən Keşişdağ mağara kompleksi tarixi memarlıqqoruğu ərazisində aşkar edilən tarixi abidələr və qədim yaşayış məskənlərində həyata keçirilir. Artıq bir neçə tarixi eksponat aşkar edilib. Alimlər bu qədim yaşayış məskənlərinin təxminən 5 min il bundan əvvələ aid olduğunu bildirirlər.
İlham Məmmədov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB