“Vətəni tanı” Ümumrespublika Kampaniyası çərçivəsində növbəti seçim turları Naftalan və Tərtər şəhərlərində keçirilib-FOTOSESSİYA
Gənclər Təşkilatları Milli Şurasının "Vətəni tanı" Ümumrespublika Kampaniyası Azərbaycanın inzibati ərazi vahidlərində seçim turlarını davam etdirir.
Bu dəfə işçi qrupu Naftalan şəhərində olub. Şəhər 1 saylı orta məktəbdə baş tutan tədbirdə 150 Naftalanlı gənc iştirak edib. Yarışmadan öncə açılış mərasimində "Vətəni tanı" ümumrespublika kampaniyasının məqsəd və vəzifələri barədə gənclərə məlumat verilib. Qeyd olunub ki, hər bir gəncin vəzifəsidir ki, ölkəmizin ərazisini tanısın və ərazi bütövlüyü məsələsini hər yerdə qaldırsın. Rayon təhsil şöbəsinin əməkdaşları, icra nümayəndələri çıxışlarında bildiriblər ki, bu kampaniya çox önəmlidir. Çıxışçılar Naftalan gənclərinin bu yarışmada yüksək nəticələr göstərəcəklərinə inandıqlarını bildiriblər.
Bundan sonra işçi qrupu Tərtər şəhərində də olub, burada Kampaniyanı həyata keçiriblər. İşçi qrupu Tərtərdə təmas xəttinə gedib və Milli qəhrəman Mübariz İbrahimovun düşmənə qarşı döyüşdüyü ərazilərdə olublar.
Qeyd edək ki, Kampaniyaya rəsmi olaraq Gənclər və İdman, Təhsil, Rabitə və İnformasiya Texnologiyaları nazirlikləri, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi dəstək verir. Həmçinin "AVA" Skandinaviya klinikası, FİXED Borders kampaniyaya dəstək verir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB