“Ölməyən ümidlər”

28 iyun-8 iyul 2011-ci il tarixləri arasında "İRƏLİ" İctimai Birliyinin təşkilatçılığı ilə "Ölməyən ümidlər" layihəsi çərçivəsində Hyatt Regency otelinin Kişmiş zalında, BP Villada və Sanqaçal terminalında xüsusi qayğıya ehtiyacı olan uşaqların əl işlərinin satış sərgisi keçiriləcək.

"İRƏLİ" İctimai Birliyinin mətbuat katibi Vəfa Rüstəmovanın SİA-ya verdiyi xəbərə görə, layihənin məqsədi imkansız ailələrdən olan xəstə uşaqların müalicə və əməliyyat xərclərinin ödənilməsi üçün nəzərdə tutulmuş maliyyə məbləğinin toplanmasından ibarətdir.

Layihənin sonunda uşaqların təqdim etdiyi işlərdən gələn gəlir özlərinə çatdırılacaq, əlavə yığılan məbləğ isə 3 nəfər uşağın əməliyyat olunmasına sərf olunacaq.

10 iyul tarixində Hyatt otelinin Bakı zalında toplanılan məbləğin təqdimetmə mərasimi keçiriləcək. Mərasim zamanı sərgidə iştirak edən uşaqların özlərinin təşkil etdikləri kiçik konsert proqramı nümayiş olunacaq.

Qeyd edək ki, layihənin sponsorları Airmed tibb Ltd , BP Azərbaycan və Hyatt otellər şəbəkəsidir.

Bütün xəbərlər Facebook səhifəmizdə