Gəncənin elektrik xətlərinin və dirəklərinin yenilənməsi prosesinə başlanılıb. Artıq şəhərin mərkəzi hissəsində olan işıq dirəkləri yeniləri ilə əvəz olunur. Bundan əlavə şəhəri elektrik enerjisi ilə təmin edən xətlərin də dəyişdirilməsi işi sürətləndirilib. Gəncə şəhər Elektrik Şəbəkəsinin rəisi Əhməd Musayevin SİA-nın bölgə müxbirinə verdiyi məlumata görə, yenilənən xətlər primitiv üsulla çəkilən və artıq nəzərdə tutulan yükü götürə bilməyən elektrik xətləridir.
Vaxtilə trolleybus və tramvay üçün nəzərdə tutulan xətlər də sökülür. İndi sözügedən nəqliyyat vasitələrinə ehtiyac olmadığından bu xətlərə tələbat yoxdur.
İlham Məmmdov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB