QMİ: “Müsəlmanların Qüdsdəki müqəddəs məkanlara ziyarət səfərləri Fələstinin paytaxtı elan olunandan sonra gündəmə gələ bilər”- MÜNASİBƏT
"Belə bir cəfəngiyatın dövriyyəyə buraxılması idarə və onun rəhbərliyini nüfuzdan salmaq üçün atılan məqsədyönlü, qərəzli addımdır".
Bunu SİA-ya Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova mətbuatda QMİ-nin İsrail şirkəti ilə əməkdaşlığı barədə yazılan xəbərlərə münasibət bildirərkən deyib.
"Birmənalı şəkildə bəyan edirik ki, QMİ-nin adıçəkilən şirkət və şəxslə heç bir kontaktı olmayıb. Belə bir cəfəngiyatın dövriyyəyə buraxılması idarə və onun rəhbərliyini nüfuzdan salmaq üçün atılan məqsədyönlü, qərəzli addımdır. Müsəlmanların Qüdsdəki müqəddəs məkanlara ziyarət səfərləri yalnız Qüds Fələstinin paytaxtı elan olunandan sonra, inşallah, gündəmə gələ bilər" - deyə, R. Dadaşova bildirib.
Qeyd edək ki, QMİ-nin İsrail şirkətləri ilə əməkdaşlığı xəbərini "Yeni Müsavat" qəzeti "İzRus" portalına istinadən yayıb. Məlumatda bildirilir ki, İsrailin "Elita VİP Turs" turizm şirkətinin rəhbəri Şmuel Rahman bu günlərdə Bakıda olub, İsraildəki müqəddəs məkanlara kiçik Həcc ziyarətinin (İmrə) təşkilinə dair müqavilə bağlayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB