Bu gün Mətbuat Şurasında "Olaylar" qəzetinin baş redaktoru Yunus Oğuzun "Əmir Teymur" kitabının təqdimatı keçirilib. SİA-nın xəbərinə görə, tədbir Mətbuat Şurası və Dialoq Avrasiya Platformasının təşkilatçılığı ilə baş tutub. Tədbirdə "Dialoq Avrasiya Platformsı"nın Azərbaycan üzrə rəhbəri Mustafa Saatçı, "Bakı Xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev, "525-ci" qəzetin baş redaktoru Rəşad Məcid və digər mətbuat nümayəndələri iştirak edib.
Təqdimat mərasimində çıxış edən kitabın müəllifi Yunus Oğuz kitabın 2 cildinin hazır olduğu və yaxın zamanlarda nəşr ediləcəyini söyləyib. O vurğulayıb ki, kitabın hazırlanmasında məqsəd tarixi şəxsiyyət Əmir Teymurun dövrü ilə bağlı qaranlıq məsələlərə aydınlıq gətirmək və gənclərə tarixi həqiqətləri dərk etməkdə kömək etməkdir.
Tədbirin davamında Mətbuat Şurasının sədri Əflatun Amaşov kitab haqqında məlumat verərək müəllifi həqiqətə xidmətlərinə görə diplomla təltif edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB