Sabirabad və İmişli rayonlarında baytarlıq xidməti üçün laboratoriyalar açılıb - FOTO

Sabirabad və İmişli rayonlarında baytarlıq xidməti üçün laboratoriyalar açılıb - FOTO

Bu gün Sabirabad və İmişli rayonlarında ABŞ-ın ölkəmizdəki səfirliyinin maliyyə dəstəyi ilə inşa olunan baytarlıq xidməti üçün 2 laboratoriyanın açılışı olub. SİA-nın Aran bürosunun verdiyi məlumata görə, 2009-cu ildə təməli qoyulan laboratoriya müasir tələblər səviyyədə tikilib eyni zamanda avadanlıqlarla təmin edilib. Hər 2 rayonda tikilən laboratoriyaya 2 milyon vəsait xərclənib. Açılış mərasimində Pentaqonun Təhlükənin Azaldılması üzrə Müdafiə Agentliyinin (DTRA) rəsmisi Ronni Ferklos, Dövlət Baytarlıq Xidmətinin rəisi Siyalə Rüstəmova, Sabirabad rayon İcra Hakimiyyəti başçısının müavini Vəfadar Bağırov iştirak edib.

Tədbirdə çıxış edən Ronni Ferklos bildirib ki, laboratoriyalar Azərbaycanın təhlükəli patogenlərlə mübarizə aparması üçün hazırdır.O, həmçini qeyd edib ki, bina və avadanlıqlar bu lahiyyənin yalnız 2 hissəsini təşkil edir. İnsanlar isə ən əhəmiyyətli hissəsi olacaq. Azərbaycanın təhlükəsizliyi üçün təlim keçmiş yüksək mütəxəsislər xəstəliklərin müşahidəsi, diaqnostikası, aşkar olunması və xəstəliklərə cavab tədbirlərinin həyata keçirilməsində fəal iştirak etmələri vacibdir.

Dövlət Baytarlıq Xidmətinin rəisi Siyalə Rüstəmovada bildirib ki, laboratoriyaların açılması kənd təsərüfatının inkişafına böyük təkandır. Artıq bölgələrdə bu işlər davam edir.Yaxın günlərdə Göygöl, Bərdə, Quba və Qax rayonlarında bu cür laboratoriyaların açılışı gözlənilir.

İqbal Mikayılov

Bütün xəbərlər Facebook səhifəmizdə