Bakı Siyasi Biliklər Proqramının iştirakçıları Avropa Şurasının Demokratiya Yay Universitetinin toplantısına qatılıblar

Bakı Siyasi Biliklər Proqramının iştirakçıları Avropa Şurasının Demokratiya Yay Universitetinin toplantısına qatılıblar

Bakı Siyasi Biliklər Proqramında (BSBP) təmsil olunan Azərbaycanın QHT, KİV, nümayəndələri BSBP-nın direktoru İlqar Məmmədovun rəhbərliyi ilə Strasburqda Avropa Şurasının Demokratiya Yay Universitetinə qatılıb. Bu barədə SİA-ya heyətə qatılan "Doktrina" Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzinin rəhbəri Cəsur Sümərinli məlumat verib. Tədbir Avropa Şurası Parlament Assambleyasının binasında keçirilir.

C.Sümərinlinin sözlərinə görə, 27-29 iyun tarixlərində keçirilən toplantı zamanı Avropa Şurasının rəsmiləri, müxtəlif sahələr üzrə ekspertlər çıxış edirlər. İyunun 29-da iştirakçılara diplomlar təqdim olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə