Ölkənin qərb bölgəsində mollaların dini təhsil səviyyəsi necədir?

Ölkənin qərb bölgəsində mollaların dini təhsil səviyyəsi necədir?

Bu gün Gəncə şəhəri başda olmaqla ölkənin qərb bölgəsində mollaların dini savadı çox aşağı səviyyədədir. Qəbiristanlıqlarımızda, həmçinin məscidlərimizdə dünyasını dəyişən yaxınlarımızın ruhlarına dualar oxuyan, bununla da özünə çörəkpulu qazanan bəzi "din adamları" İslamın ehkamlarını nəinki mükəmməl, adi səviyyədə belə lazımı dərəcədə qavraya bilməyib. Ölkədə yas mərasimlərinin təşkili təkcə cəmiyyət üçün deyil, elə hökumət səviyyəsində də aktual məsələyə çevrilib.

SİA-nın bölgə müxbiri mollaların dini savadlarının səviyyəsinin bugünkü durumunu araşdırıb. Nəticə göstərib ki, Gəncə şəhərinin qəbiristanlıqlarında, məscidlərdə mollalıq edən şəxslərin əksəriyyətinin ali dini təhsili yoxdur. Aparılan sorğunun nəticələri də deyilənləri bir daha ortaya çıxardı. Onların əksəriyyəti vaxtı ilə ya çilingər, ya adi fəhlə, ya da ki, müxtəlif peşə sahibləri olublar. Onların bir hissəsi isə Qurani Kərimdən bir neçə surəni əzbərləməklə işlərini başa vurmuş hesab edir.

Məsələ ilə bağlı Qafqaz Müsəlmanları İdarəsinin Qərb bölgəsi üzrə nümayəndəsi Hacı Tahirin mövqeyini öyrənə bilmədik. Bizə məlumat verildi ki, o, Bakıya gedib. Hər halda bölgələrdə səlahiyyət sahibləri olanlar mövcud reallığın nədən ibarət olduğunu yaxşı bilir.

İlham Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə