Azərbaycanın Kanadadakı səfiri ölkənin şimal bölgələrinə səfər edib - FOTO
2011-ci ilin 17-24 iyun tarixlərində Azərbaycan Respublikasının Kanadadakı səfiri Fərid Şəfiyev Kanadanın şimal bölgələri olan Nunavut, Yukon və Şimal-Qərb əyalətlərinə səfər edib. Səfirlikdən SİA-ya verilən xəbərə görə, səfərin məqsədi Kanadanın Arktika üzrə suverenliyinə dair siyasəti, qeyd olunan bölgələrin sosial-iqtisadi inkişafı, Hindi (ingiliscə: Indian) və İnuit xalqlarının mədəniyyətləri ilə tanış olmaq və yerli hökumətlərin nümayəndələri ilə görüşlərin keçirilməsindən ibarət olub.
Səfər zamanı səfir F.Şəfiyev bölgələrin neft-qaz, dağ-mədən və ekoturizm sənayeləri ilə tanış olub. 8 günlük səfər çərçivəsində səfir F.Şəfiyev Kanadanın şimalında yerləşən 14 şəhərə səfər edib.
Proqram çərçivəsində səfir F.Şəfiyev, həmçinin, Kanadanın Arktik Meteoroloji Stansiyasını, dünyanın ən şimalında yerləşən İnuvik şəhərinin məscidini və katolik kilsəsini ziyarət edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB