Azərbaycan Respublikasının Almaniyadakı səfirliyində azərbaycanlı pianoçu, hazırda Almaniyada yaşayan Elnarə İsmayılovanın iştirakı ilə "Azərbaycan musiqisinin inciləri" adlı konsert keçirilib. SİA-nın xəbərinə görə, konsert Diplomatik Klubun və Azərbaycan səfirliyinin birgə əməkdaşlığı ilə təşkil edilib və Azərbaycan musiqisinin Almaniyada layiqli təbliğatçısı Elnarə İsmayılovanın fəxri medalla təltifinə həsr olunub.
Tədbiri Azərbaycan Respublikasının Almaniyadakı səfiri Pərviz Şahbazov açaraq qonaqları salamlayıb və Azərbaycan mədəniyyəti və musiqisi haqqında qonaqlara məlumat verib. Daha sonra o, Essen Volkvanq Ali Məktəbinin piano fənni üzrə və Köln Ali Musiqi Məktəbinin fortepiano və vokal müşayiəti fənləri üzrə dosenti Elnarə İsmayılovanı qonaqlara təqdim edib və Almaniyada tanınmış sənətkarın incəsənət xadimi kimi fəaliyyətindən söhbət açıb.
Çıxışının sonunda səfir Rərviz Şahbazov Azərbaycan musiqisini Avropada layiqincə təmsil edən Elnarə İsmayılovaya Azərbaycanın Mədəniyyət mükafatı – Bilik və maarifçilik cəmiyyətinin Yusif Məmmədəliyev adına fəxri medalını təqdim edib. Elnarə İsmayılova layiq görüldüyü yüksək mükafat üçün təşəkkürünü bildirmiş və Azərbaycan bəstəkarlarının əsərlərini pianoda solo ifa edib. Pianoçunun ifası dinləyiciləri əsl mənada valeh edib, onların böyük rəğbətinə səbəb olub.
Konsertdə Azərbaycan Səfirliyinin digər əməkdaşları, Almaniyada fəaliyyət göstərən və Diplomatik Klubun üzvü olan ölkələrin səfirliklərinin nümayəndələri iştirak ediblər.Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB