Hətta şeytan da buna üsyan edərdi – FOTOSESSİYA

Hətta şeytan da buna üsyan edərdi – FOTOSESSİYA

İspaniyada katoliklərin hər il təşkil etdiyi "Corpus Christi" festivalı bu il də maraqlı görüntülərə səhnə olub.SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, 1620-ci ildən bəri təşkil edilən festivalın ən diqqəti cəlb edən anı yeni doğulan körpələri "günahlardan təmizləmək" üçün edilən "El Salto del Colacho" (Şeytan Atlayışı) mərasimi olub.

İspaniyanın şimalındakı Burqos şəhərində təşkil edilən festival çərçivəsində hər il olduğu kimi bu il də şeytanı təmsil edən adam (El Colacho), küçədə müəyyən ara məsafələrlə düzülən döşəkçələr üzərinə yatırılan körpələrin üstündən atlayıb.

İnanca görə, bu atlayışla körpələrin içindəki bütün pis ruhlar qovulur və onlar bütün günahlardan təmizlənir. "Şeytan"ın üzərindən atladığı döşəkçələrə, son 12 ayda doğulan körpələr yerləşdirilir.

Mərasimdən hazırlanan fotolara baxdıqda, "Şeytan anlayışı"nın körpələr üçün təhlükəli olduğu da gözdən qaçmır. Ani bir yanlışlıq "şeytan"ın körpələrin üzərinə yıxılması ilə nəticələnə bilər.

Bütün xəbərlər Facebook səhifəmizdə