Bu gün Bakıda hava necə olacaq?
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən SİA-ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında bu gün hava az buludlu, yağmursuz olacaq.

Havanın temperaturu gecə 20-24° isti, gündüz 32-34° isti təşkil edəcək.Bakıda gecə 22-24° isti, gündüz 32-34° isti olacaq.

Atmosfer təzyiqi 752 millimetr civə sütunundan 750 millimetr civə sütununa enəcək.
Nisbi rütubət gecə 65-75, gündüz 45-55 faiz olacaq.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu 23-24 dərəcə isti təşkil edəcək.



















Bütün xəbərlər Facebook səhifəmizdə