Rusiya mətbuatı da Bakıda keçirilən hərbi paradı operativ işıqlandırıb

Rusiya mətbuatı da Bakıda keçirilən hərbi paradı operativ işıqlandırıb

Rusiya mətbuatı da Bakıda keçirilən Azərbaycanın müstəqilliyinin bərpasının 20-ci ildönümünə və Silahlı Qüvvələr gününə həsr olunan hərbi paradı operativ işıqlandırıb.

SİA-nın məlumatına görə, Bakıda keçirilən hərbi paraddan reportaj verən Rusiyanın "Regnum" portalı Azərbaycan prezidenti İlham Əliyevin tədbirdəki çıxışına da yer ayırıb.

"Regnum" paradda nümayiş olunan Azərbaycan Silahlı Qüvvələrinə məxsus hərbi texnikanın və təntənəli keçiddə iştirak edən hərbçilərin statistikasını da sıralayıb.

Rusiya portalı Azərbaycan prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin hərbi paraddakı çıxışından seçmələr də verərək, onun "Qarabağda müharibə hələ qurtarmayıb" sözlərini başlığa çıxarıb.


Bütün xəbərlər Facebook səhifəmizdə