Türkiyə mətbuatı Bakıda keçirilən hərbi paradı coşqu ilə işıqlandırıb

Türkiyə mətbuatı Bakıda keçirilən hərbi paradı coşqu ilə işıqlandırıb

Türkiyə mətbuatı Bakıda Silahlı Qüvvələr günü münasibəti ilə keçirilmiş hərbi paradı coğqu ilə işıqlandırıb. SİA-nın məlumatına görə, qardaş ölkənin əksər internet qəzetləri bununla bağlı xəbərlərində Azərbaycanın hərbi qüdrətinin xeylı artdığını vurğulayıblar.

İyunun 26-da Bakıda dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümü və Silahlı Qüvvələr günü münasibəti ilə təşkil olunan hərbi parad Türkiyə mediasının da diqqət mərkəzində olub.

Türkiyənin haber7.com, albayrakforum.com, sondakikahaberleri.info.tr, maxhaber.net, haberevim.com, haberpusula.com, netteyim.net və digər portalları bu xəbəri "Azeri Ordusundan gövde gösterisi" "Azərbaycan əsgəri gövde gösterisi yapdı, ermənilər baxdı" kimi başlıqlarla yayıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə