Qafqaz Müsəlmanları İdarəsinin sədri Hacı Allahşükür Paşazadə müsəlman ölkələrini öz ərazi bütövlüyünü birlikdə müdafiə etməyə çağırıb. SİA-nın məlumatına görə, o, bu bəyanatı Mərakeşdə səfər çərçivəsində görüşündə verib. Daha doğrusu o, bu bəyanatı Dağlıq Qarabağ və Mərakeşin Qərbi səhra problemləri müzakirə olunarkən səsləndirib.
Qeyd edək ki, Qafqaz Müsəlmanları İdarəsinin sədri bu ölkəyə parlament rəhbərliyinin dəvəti ilə gedib. Artıq A.Paşazadə Mərakeş Nümayəndələr Palatasının sədri Əbdülvahid ər-Radi, Müşavirlər Palatasının sədri, eləcə də Vəqflər və İslam işləri naziri ilə görüşüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB