Prezident İlham Əliyev Sloveniyalı həmkarını təbrik edib

Prezident İlham Əliyev Sloveniyalı həmkarını təbrik edib

Azərbaycan Prezidenti İlham ƏliyevSloveniya Prezidenti Danilo Türkə təbrik məktubu göndərib. SİA məlumatına görə, təbrikdə deyilir: \"Hörmətli cənab Prezident, Ölkənizin milli bayramı - Dövlətçilik günü münasibətilə Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimizi yetirirəm.

Bu gün Azərbaycan-Sloveniya münasibətləri müvəffəqiyyətlə inkişaf etməkdədir.

Əminəm ki, ölkələrimiz və xalqlarımız arasındakı dostluq əlaqələrinin möhkəmləndirilməsi, ikitərəfli və çoxtərəfli qaydada əməkdaşlığımızın dərinləşdirilməsi istiqamətində qarşılıqlı səylərimizi bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik.

Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Sloveniya xalqına əmin-amanlıq və firavanlıq diləyirəm\".

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com