“NUR” uşaqlar üçün Yay Düşərgəsi keçirir - FOTO

“NUR” uşaqlar üçün Yay Düşərgəsi keçirir - FOTO

Bu gün "Cırtdan" Respublika Uşaq İstirahət və Sağlamlıq Mərkəzində "NUR" Uşaq və Gənclərin İctimai Birliyi tərəfindən həyata keçirilən "Fiziki qüsuru olan uşaqların sosial inklüzivliyi və cəmiyyətə inteqrasiyası" Layihəsi çərçivəsində Yay Düşərgəsi başlayıb.

SİA-nın xəbərinə görə, açılış mərasimində çıxış edən "NUR" UGİB sədri Sevinc Muradova təşkilatın fəaliyyəti və layihənin məqsədləri barədə məlumat verib.

S.Muradova öz çıxışında bildirib ki, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə ölkəmizdə uşaqların rifahı və gələcəklərinin təmin edilməsi istiqamətində görülən işlərin nəticəsində on minlərlə uşağın arzuları reallaşır: "Heydər Əliyev Fondunun fəaliyyəti uşaqlar üçün böyük qələbələrə nail olmaq üçün töhfələrlə dolu bir inkişaf yolu olmuşdur və uşaqlar üçün daha firavan həyatın təmin edilməsi üçün müstəsna imkanlar yaradıb. Uşaqların sosial müdafiəsi və xoşbəxt həyatı naminə Fondun fəaliyyəti təkcə hazırki yetişən nəsil üçün deyil, həm də gələcək nəsillərin həyat səviyyəsinin yaxşılaşdırılmasını təmin edəcək".

Açılış mərasimində Dünya Gənclər Bankı Şəbəkəsinin MDB ofisinin rəhbəri Vüsalə Hüseynli, 3 saylı internat evinin direktoru Qətibə Əsədova, "Yeni Həyat" Humanitar və Sosial Dayaq İB-nın sədri Nailə İsmayılova, Jurnalist Qadınlar Assosiasiyasının sədri Sevil Yusifova, "Sağlam İnkişaf və Maarifləndirmə" İB-nın sədri Anar Xəlilov, Təhsil Nazirliyinin nümayəndəsi Elçin Eminov və digər qonaqlar çıxış ediblər.

Yay Düşərgəsində 12-18 yaşlı 30 nəfər uşaq (15 fiziki qüsuru olan uşaq və 15 sağlam uşaq) iştirak edərik. Düşərgə Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi dəstəyi ilə keçirilir və iyun ayının 26-dək davam edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə