“Dövlət Gənclər Siyasəti” proqramı Azərbaycan gəncliyinin bütün həyatını əhatə edəcək - MÜSAHİBƏ
Yeni Azərbaycan Partiyası (YAP) Sabunçu rayon Gənclər Birliyinin sədr müavini Məhəmməd Əsədov, Respublika Gənclər Birliyinin sədr müavin Aygün Əliyeva və YAP Xəzər rayon Gənclər Birliynin sədr müavini Səfər Rzayevin SƏS TV-yə müsahibəsi
- 2011-2015-ci illər gənclərin inkişafı haqqında dövlət proqramı qəbul olunması ilə bağlı Prezident İlham Əliyev tərəfindən sərəncam imzalanıb. Belə bir sərəncamın imzalanması və dövlət proqramının qəbulu gənclərin sosial məişət şəraitinin yaxşılaşdırılmasına göstərilən diqqət və qayğı kimi göstərilə bilərmi?
Aygün Əliyeva: - Təbii ki, Azərbaycan gəncliyi 2011-2015-ci il Gənclər Proqramından çox töhfələr gözləyir. Amma bu proqram mənim üçün gözlənilməz bir sənəd deyildi. Çünki müstəqilliyimizi qazandığımız ilk illərdən bəri Azərbaycan gəncliyinə qayğı, hər addımda və həyatın bütün sahələrində hiss olunurdu. Mən bir neçə müqayisə aparmaq istəyirəm. Məsələn 1996-cı ildən Azərbaycan gəncliyi özünün Gənclər Gününü qeyd edir. Halbuki, həmin dövrdə dünyanın bir çox inkişaf etmiş ölkələrində, Avropa ölkələrində belə bir gün qeyd olunmurdu. BMT kimi nüfuzlu bir təşkilat üç il bizdən sonra 1999-cu ildə gənclər gününü qeyd etməyə başladı. Və ya 2002-ci ildə "Gənclər Siyasəti" haqqında qanun imzalanarkən dünyanın bir çox inkişaf etmiş ölkələrində gənclər haqqında qanun yox idi. Məhz belə bir müqayisələrin fonunda demək istəyirəm ki, 2011-2015-ci il "Dövlət Gənclər Siyasəti" ilə bağlı proqram Azərbaycan gəncliyi üçün böyük töhfədir. Düşünürəm ki, təhsil şəraitinin yaxşılaşdırılmasında həmçinin elmdə, təhsildə böyük qayğı olacaq. Həmçinin sağlamlıq şəraitinin yüksəldilməsi Azərbaycan gənclərinin bütün həyatını əhatə edəcək. Bu proqramın uzun müddətdir ki, hazırlanma prosesi gedir. Proqramın müsbət cəhətlərindən biri ondan ibarətdir ki, hər bir Azərbaycan gənci bura öz təklifini verə bildi. Gənclər və İdman Nazirliyi xüsusu bir elektron ünvan hazırlamışdı və Azərbaycan gənci bu elektron ünvana öz təkliflərini göndərirdi. Hər bir Azərbaycan gəncinin arzu və istəyi ifadə olunan belə bir proqram düşünürəm ki, Azərbaycan gəncliyi üçün böyük bir töhfə olacaq.
- Gənclərin ölkəmizin içtimai-siyasi həyatında oynadığı rol haqqında nə deyə bilərsiniz. Azərbaycan gəncliyi ölkənin içtimai-siyasi həyatında yetərli qədər öz rolunu göstərə bilirmi?
Məhəmməd Əsədov: - Bəli göstərə bilib. Bu gün olduğu kimi gənclərimiz olimpiyada turnirlərində, müsabiqələrdə iştirak edirlər, bu da Azərbaycan dövlətənin gənclərə diqqət və qayğısıdır.
- Bu gün Azərbaycan gəncliyi inkişaf etdir. Lakin bir müddət bundan öncə müşahidə etdik ki, bəzi gənclər radikal müxalifətin çağrışlarına uyaraq dövlət əleyhinə çağırışlar səsləndirirlər. Gənclərin bu cür hərəkəti Azərbaycan gəncliyinə nə dərəcədə baş ucalığı gətirə bilər?
Səfər Rzayev: - İlk növbədə onu əlavə etmək istəyərdim ki, dövlətin gənclər siyasəti çoxşaxəlidir. Ilk növbədə gənclərin həyat şəraitinin yaxşılaşdırılması, gənc ailələrə güzəştli ipoteka kreditlərinin verilməsi müsbət haldır. Gənclərin ölkənin müxtəlif içtimai-siyasi həyatında iştirakının təmin edilməsi ümumi işimizin xeyrinədir. Azərbaycan gəncləri beynəlxalq turnirlərdə, müsabiqələrdə, olimpiadalarda yer tutmaları onu göstərir ki, Azərbaycan gəncliyi dövlətin diqqət və qayğısından kənarda qalmayıb. Ölkədə radikal müxalifətin aksiyaları, mitinqləri, eyni zamanda gəncləri bu çağrışlara cəlb etmələri heç bir müsbət nəticə vermədi. Bütün bunlar ərəb dünyasında baş verən mənfi təsirlərdən qaynaqlanırdı. Azərbaycan gəncliyi hazırki hakimiyyəti dəstəkləyir və onun arxasınca gedir. Bu gün ölkənin siyasi kursunu davam etdirən böyük bir liderimiz var - İlham Əliyev. Bütün gənclər onun ərtafında sıx birləşməkdədir.
- Gənclər bu gün onlara göstərilən diqqət və qayğını, onlara göstərilən etimadı doğrulda bilirmi?
Aygün Əliyeva: - Mənə elə gəlir ki, gənclər bu etimadı doğrulda bilir. İstər təhsil sahəsində -olimpiyadalarda qazanılan qızıl, gümüş medalları, istərsə də idman sahəsində - dünya çempionatlarında, Avropa çempionatlarında Azərbaycan gənclərinin qazandıqları uğurları vurğulamaq olar. "Avroviziya" müsabiqəsində Azərbaycan gənclərinin uğuru Nigarla, Eldarın nəğməsi bütün avropanı yerindən oynatdı. Bütün bunları nəzərə alsaq düşünürəm ki, Azərbaycan gəncliyi bu etimadı doğruldub.
Səfər Rzayev: - Qeyd etmək istəyirəm ki, gənclərlə bağlı 2011-2015-ci il Dövlət Proqramına çox önəmli məqam salınıb. 5 il ərzində 5 min tələbə dövlət hesabına xaricdə təhsil almalıdır və bu gənclər üçün də çox böyük şansdır, stimuldur.
Məhəmməd Əsədov: - Radikal müxalifətə qoşulan gənclərə üzümü tutub demək istəyirəm ki, Cənab Prezidentimiz İlham Əliyevin gənclərə göstərdiyi qayğını görməməzliyə vurmasınlar. Gənclərə göstərilən bu qayğını müsbət qiymətləndirsinlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB