Uşaqlar arasında zərərli vərdişlərin profilak­tika­sına dair maarif­lən­dir­mə işi aparılır-Yenilik

Uşaqlar arasında zərərli vərdişlərin profilak­tika­sına dair maarif­lən­dir­mə işi aparılır-Yenilik

"Üfüq"Gənclərin İnkişafı Naminə İctimai Birliyi "Xüsusi qayğıya ehtiyacı olan uşaqlar arasında sosial problem olan zərərli vərdişlərin profilak­tika­sına dair maarif­lən­dir­mə işinin aparılması" adlı layihə icra edir. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə keçirilən layihə Bakı şəhərində reallaşır. Bu barədə SİA-ya layihənin rəhbəri Nahid Quliyev məlumat verib. O bildirib ki, artıq layihənin ikinci mərhələsi başa çatmaq üzrədir. Onun sözlərinə görə, layihənin məqsədi regionlarda xüsusi qayğıya ehtiyacı olan uşaqlar arasında zərərli vərdişlərlə bağlı maarifləndirmə və məlumatlandırma xarakterli qabaqlayıcı tədbirlərinin aparılması, infor­masiya çatışmazlığının aradan qaldırılması, sağlam həyat tərzi və sağlam ailə prinsiplərinin təbliği zərərli vərdişlərə qarşı mübarizədə vətəndaş cəmiyyətinin rolunun artırılması xüsusi qayğıya ehtiyacı olan uşaqların maraqlarının müdafiəsidir.


"Layihə çərçivəsində Bakı şəhərində seçilən 2 məktəbdə xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün zərərli vərdişlər mövzusunda mək­təbdənkənar təlimlər keçirilib. Təlimlər zamanı uşaqlara zərərli vərdişlər, onların ziyanlı tərəfləri barəsində biliklər verilib. Layihə nəticəsində xüsusi qayğıya ehtiyacı olan uşaqlar arasında zərərli vərdişlərlə bağlı lazımi biliklərin yaranması, onların maariflənməsi, zərərli vərdişlərlə mübarizədə QHT-lərlə xüsusi məktəblərin imkanlarının artırılması, birləşdirilməsi, sağlam həyat tərzi prinsiplərinin davamlı təbliği, vətəndaş cəmiyyəti institutları ilə yerli dövlət orqanları, özünüidarə orqanları arasında fəaliyyətin koordinasiya edilməsi, lazımi informasiya bazasının yaradılması kimi nəticələr əldə olunub", - deyə o əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə