AJQA milli mətbuatın 136-cı ildönümünü ötən illərdən fərqli formada keçirməyi planlaşdırır
Azərbaycan Jurnalist Qadınlar Assosiasiyası milli mətbuatın 136-cı ildönümü ilə bağlı bəzi tədbirlər keçirməyə hazırlaşır. Bu barədə SİA-ya açıqlamasında assosiasiyanın rəhbəri Sevil Yusifova məlumat verib. O bildirib ki, hələlik hazırlıq mərhələsində olduqlarından dəqiq olaraq hansı tədbirlərin keçiriləcəyini bilmirlər. S.Yusifovanın sözlərinə görə, bu il təşkilat bəzi yeniliklər etmək fikrindədir.
"Bu il ötən illərdən fərqli olaraq çalışacağıq ki, 50-70 yaşlarında olan jurnalistlərin yubileylərini qeyd edən qadınları təltif edək və onları yada salaq. Bayram ərəfəsində jurnalistlərin pulsuz müayinə olunması və ya xeyriyyə aksiyasına gəlincə bildirim ki, bunun təşkil olunmasını düşünürdük. Amma onu gerçəkləşdirməkdə bizə kömək olacaq müxtəlif təşkilatlar və tibbi klinikalardan cavab gəlmədiyindən bunu hələ reallaşdıra bilmədik", - deyə o əlavə edib.
S.Yusifova qeyd edib ki, əsas işləri daha aktiv formada avqustun axırı-sentyabrın əvvəllərindən başlayacaq. Onun sözlərinə görə, bu vaxta kimi 3 kitabın işıq üzü görməsi planlaşdırılır: "Azərbaycan dövlət müstəqilliyinin bərpası ilə bağlı xüsusi əməyi olan qadınlar barədə oçerklər toplusu hazırlanacaq. Bu işlər getdiyinə görə, konkret tarix barədə dəqiq məlumat vermək mümkün deyil. Yay müddətində daha çox aktiv vaxtlar deyil və gələcəkdə bu kimi yaradıcılıq işləri görməyi planlaşdırırıq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB