Yay mövsümünün problemləri ilə bağlı tədbir keçirilib

Yay mövsümünün problemləri ilə bağlı tədbir keçirilib

Bu gün yay mövsümünün problemləri ilə bağlı tədbir keçirilib. SİA-nın xəbərinə görə, tədbirdə Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin rəhbəri Telman Zeynalov, Azərbaycan Yaşılllar Partiyasının lideri Mais Güləliyev, Davamlı İnkişaf Araşdırmalar Mərkəzinin rəhbəri Nəriman Ağayev və media nümayəndələri iştirak ediblər.


Tədbiri giriş sözü ilə açan Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin rəhbəri Telman Zeynalov tədbir haqqında danışıb. O, bildirib ki, insanların yaşayış tərzi günbəgün aşağı düşür. "Bəzi gübrələr var ki, xaricdən gətirilir. Amma bu gübrələr dövlət tərəfindən qadağan olunub. Hədsiz dərəcə də qiymətlərin qalxması müşahidə olunur", - deyə Telman Zeynalov bildirib.


Tədbirdə söz alan Azərbaycan Yaşılllar Partiyasının lideri Mais Güləliyev də fikirlərini bildirib. O, söyləyib ki, əmək bölgüsü olmalıdır. Tədqiqatçılar həmişə deyir ki, qiymətlərdə artma müşahidə olunacaq. Buna səbəb gətirən yoxdur ki, niyə qalxır. Bazarlardakı vəziyyətdə çox pisdir. Çünki bazarlarda bahalaşma və anti-sanitariya baş alıb gedir".


Tədbirdə çıxış edən Davamlı İnkişaf Araşdırmalar Mərkəzinin rəhbəri Nəriman Ağayev çimərliklər haqqında məlumat verib. Nəriman Ağayevin dediyinə görə, çimərliklərdə də vəziyyət qənaətbəxş deyil. "Çünki Fövqaladə Hallar Nazirliyi bura gələn insanların təhlükəsizliyini laqeyd yanaşır. 12 qeydiyyatdan keçmiş rəsmi çimərliyimiz var. Həmdəki dənizlərdəki çirkablıq və qiymətlər insanları qane etmir. Halbu ki, çimərliklərə 120 milyon pul ayrılıb", - deyə N.Ağayev əlavə edib.


Qeyd edək ki, tədbir müzakirələr ətrafında davam edib.

Bütün xəbərlər Facebook səhifəmizdə