Elçin Babayev: \"Beynəlxalq müsabiqədə yer tutan 11 layihədən 1-i azərbaycanlı alimin layihəsidir \"

Elçin Babayev: \"Beynəlxalq müsabiqədə yer tutan 11 layihədən 1-i azərbaycanlı alimin layihəsidir \"

"Tədqiqat və Texnoloji İnkişaf üzrə 7-ci Çərçivə Proqramı hüdudlarında fəaliyyət göstərən Beynəlxalq Əməkdaşlıq Proqramı tərəfindən həyata keçirilən "Qara Dəniz Regionunda Elm və Texnologiya üzrə Şəbəkələşmə" proqramında Elmin İnkişafı Fondu donor qismində çıxış edib\". SİA-nın məlumatına görə, bu barədə Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayev fondun gördüyü son işlərdən danışarkən bildirib. Onun sözlərinə görə, fond həmçinin bu proqrama 8 layihə təqdim edib: \"Müsabiqədə qalib olan 11 layihədən 1-i azərbaycanlı alimin layihəsidir və bu bizi sevindirməyə bilməz. Qeyd edim ki, MDB ölkələrindən olan iştirakçıların layihələri bu müsabiqədə yer tutmadığı halda Azərbaycanın orda yer tutması sevindirici məqamdır".

Bütün xəbərlər Facebook səhifəmizdə