Elmin İnkişafı Fondu Fransanın Milli Elmi Araşdırmalar Mərkəzi ilə saziş imzalayıb
Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direksiyasında fondla Fransanın Milli Elmi Araşdırmalar Mərkəzi (CNRS) arasında əməkdaşlıqla bağlı saziş imzalanıb. SİA-nın məlumatına görə, imzalama mərasimində Azərbaycan Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayev, CNRS-in Rusiya və MDB ölkələri üzrə regional bürosunun direktoru Vladimir Mayer, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Mahmud Kərimov və digər qonaqlar iştirak ediblər.
Elçin Babayevin sözlərinə görə, saziş Azərbaycan və Fransa arasında ənənəvi dostluq və əməkdaşlıq münasibətləri çərçivəsində elmi tədqiqatlar sahəsində qarşılıqlı əlaqələri gücləndirmək və birgə səylərlə hər iki ölkədə elmin inkişafına yeni imkanlar yaratmaq məqsədilə elmi əməkdaşlığın inkişaf etdirilməsi, informasiya və elmi məlumatların mübadiləsi və s. məqsədi daşıyır. Daha sonra CNRS-in Rusiya və MDB ölkələri üzrə regional bürosunun direktoru Vladimir Mayer bildirib ki, CNRS elmin bütün sahələri daxil olmaqla nəinki, Avropada, hətta, dünyanın bir çox ölkələrində göstərdiyi fəaliyyətlə məşhurdur: "Azərbaycanda isə biz əməkdaşlığımızı əsasən humanitar sahədə quracağıq və fikrimcə, Azərbaycanla tərəfdaş olmamağa elə bir ciddi əsas yoxdur. Mən deyərdim ki, qarşılıqlı şəkildə əməkdaşlığa tam zəmin var". Tədbirdə çıxış edən AMEA-nın prezidenti Mahmud Kərimov da bağlanacaq sazişin istər Azərbaycan, istərsə də CNRS kimi nüfuzlu təşkilata yararlı olacağını vurğulayıb və hər iki tərəfə uğurlar arzulayıb".
Tədbirin sonunda hər iki tərəf əməkdaşlıqla bağlı sazişi imzalayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB