İlkin Səhiyyə Xidmətlərinin gücləndirilməsi layihəsi: əsas məqamlar və nailiyyətlər proqramının yekun tədbiri keçirilib
Bu gün İlkin Səhiyyə Xidmətlərinin (İSX) gücləndirilməsi layihəsi: əsas məqamlar və nailiyyətlər proqramının yekun tədbiri keçirilib. SİA-nın məlumatına görə, tədbirdə ilk olaraq çıxış edən millət vəkili Məlahət İbrahimqızı bildirib ki, səhiyyə sahəsində bir çox problemlərin olmasına baxmayaraq bu sahə daim dövlətin diqqət mərkəzindədir: "Hazırda dünyanın bir çox yerlərində insanlar ən çox QİÇS, vərəm və digər bu kimi təhlükəli xəstəliklərdən əziyyət çəkilir. Hesab edirəm ki, səhiyyə sahəsində bundan sonra hələ çox işlər görülməlidir".
Daha sonra layihənin rəhbəri Olqa Zues proqramın həyata keçirilməsində xidmətləri olan hər bir kəsə öz təşəkkürünü bildirib.
Layihənin rəhbəri onu da qeyd edib ki, ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi tərəfindən maliyyələşdirilən İlkin Səhiyyə Xidmətlərinin Gücləndirilməsi layihəsi 2007-ci ildən başlayaraq Azərbaycanın səhiyyə sisteminin təkmilləşdirilməsinə dəstək olaraq 6 əsas istiqamət üzrə fəaliyyət göstərir. Həmin məqsədlər də aşağıdakılardır: -İlkin səhiyyə xidmətləri üçün nəzərdə tutulan ictimai xərcləri artırmaq və resursların ayrılmasını yaxşılaşdırmaq, yaxşılaşdırılan İSX sistemi üçün səmərəli leqal çərçivəni təyin etmək və İSX sektorunda restruklaşmanı başlamaq və digər bu kimi məsələlər əsas məqsədlərdir".
Tədbirin davamında layihənin 4 il ərzində həyata keçirdiyi tədbirlər haqqında tədbir iştirakçılarına ətraflı məlumat verilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB