Bəhram Xəlilov: “Xaricdə dövlət yolu ilə təhsil almış 76 nəfərin şəxsi işi Dövlət Komissiyasına daxil olub”
"Qanunvericiliyə uyğun olaraq xaricdə dövlət xətti ilə təhsil alan gənclər dövlət qulluğuna müsabiqədən azad ediliblər". SİA-nın xəbərinə görə, bu sözləri Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədri Bəhram Xəlilov jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, onlar birbaşa ehtiyat kadr siyahısına daxil olurlar və ixtisaslarına uyğun olaraq dövlət orqanlarında işlə təmin olunurlar: "Artıq xaricdə dövlət yolu ilə təhsil almış 76 nəfərin şəxsi işi Dövlət Komissiyasına daxil olub və onların işə qəbulu ilə bağlı hazırlıq işləri aparılır. Biz onları ixtisaslarına uyğun olaraq dövlət orqanlarında işlə təmin edəcəyik".
Qeyd edək ki, bu gün "Obyektiv işəqəbul vasitəsi ilə dövlət qulluğunda şəffaflığın təmin edilməsi" mövzusunda beynəlxalq dəyirmi masa keçirilib. Tədbirdə Azərbaycanda dövlət qulluğu islahatları, dövlət qulluğuna işəqəbul zamanı obyektivlik və şəffaflığın təmin edilməsi, elektron hökümət və Azərbaycanın bu sahədə əldə etdiyi nailiyyətləri, insan resurslarının effektiv idarəedilməsi məsələləri müzakirə olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB